
ABŞ-da dini təbliğatı daha təsirli hala gətirmək istəyən bir rahib kürsüyə "uçaraq" gəlib. Videolentə alınan həmin kadrlar isə qısa müddətdə sosial şəbəkədə yayılıb.
Yeniavaz.com Türkiyənin TRT kanalının rəsmi saytına istinadla xəbər verir ki, rahib, Həzrəti İsanın dünyaya gəlişininin təsvirini əvvəlcədən hazırlanmış konstruksiya ilə həyata keçirib.
Rahibin səhnəyə endirildiyi zaman dediyi “Qardaşlarım, burada asan bir sual var, siz İsanın qayıdışına hazırsınızmı? Amin” sözləri isə böyük marağa səbəb olub.
Tətbiqimizi yükləyə bilərsiniz