Sığorta bazarının yarıdan çoxu "Paşa Sığorta"nın payına düşüb


Bu ilin yanvar-oktyabr ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən yığılan 617,2 milyon  manat məbləğində sığorta haqqının yarıdan çoxunu - 55,9%-i "Paşa Həyat Sığorta" və "Paşa Sığorta" şirkətləri toplayıb.
Yeniavaz.com Maliyyə Bazarlarına Nəzarət Palatasından açıqlanan məlumatlara istinadən bildirir ki, "Paşa Həyat Sığorta" və "Paşa Sığorta" şirkətlərinin topladığı sığorta haqqı 344,8 milyon manat olub.
Digər 19 şirkət arasında ən çox sığorta haqqı toplayan şirkətlərin ilk 5-liyini 46,1 milyon manatlıq yığımla "Atəşgah Həyat", 40,6 milyon manatlıq yığımla Dövlət Sığorta Kommersiya Şirkəti,  31,2 milyon manatlıq yığımla "Atəşgah" şirkətləri tamamlayır.

DİGƏR XƏBƏRLƏR

Top