Gürcüstanda səslərin 70 faizi sayılıb, iqtidarın namizədi qalib gəlir

Gürcüstan Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin 69,99 faizini hesablayıb. Yeniavaz.com RİA "Novosti"yə istinadən xəbər verir ki, iqtidarın dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili 59,01 faiz, müxalifətin namizədi Qriqol Vaşadze isə 40,99 faiz səs toplayır. 

Bildirilir ki, seçici fəallığı 56,23 faiz təşkil edib. Mərkəzi Seçki Komissiyasının sədri Anna Mikeladzenin sözlərinə görə, ümumilikdə seçkilərdə ölkə daxilində 1,9 milyondan çox seçici iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top