
Noyabrın 9-dan Londonda keçirilən şahmat tacı uğrunda görüş norveçli qrossmeyster Maqnus Karlsenin amerikalı Fabiano Karuano üzərində qələbəsi ilə yekunlaşıb.
Yeniavaz.com RBK-ya istinadla xəbər verir ki, norveçli şahmatçı rəqibini tay-brekdə məğlub edib.
Şahmatçılar arasında keçirilmiş əvvəlki 12 partiyanın hamısı heç-heçə ilə başa çatıb. Sürətli şahmatda isə M. Karlsen ardıcıl üç partiyada qalib olub. Bununla da o, dünya çempionu titulunu özündə saxlayıb.
Xatırladaq ki, M. Karlsen ilk dəfə 2013-cü ildə hindistanlı Vişvanatan Ananda qalib gələrək dünya çempionu adını qazanıb. Norveçli həmin vaxt 16-cı dünya çempionu olub. O, 2014-cü ildə yenidən hindistanlı şahmatçıya qalib gələrək titulunu qoruyub, 2016-cı ildə isə rusiyalı Sergey Karyakini üstələyib.