Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsinə cinayət işi açıldı


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Yevlax rayon Baytarlıq İdarəsinin rəisi Kərimov Vaqif Nofər oğluna qarşı cinayət işi açılıb. 

V.Kərimov külli miqdarda mənimsəmədə ittiham edilir.
Belə ki, o, idarənin saxlanılması üçün ayrılan büdcə vəsaitindən 64 min manatı mənimsəyərək, vəzifə səlahiyyətlərindən sui-istifadə edib. 

Buna görə V.Kərimova qarşı Cinayət Məcəlləsinin 179.2.3 (Mənimsəmə və ya israf etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi açılıb. 
(Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top