Evinin divarını sökən şəxs gözlərinə inanmadı - FOTOLAR


ABŞ-da həyət evində yaşayan şəxs gecələr divardan gələn əcaib səslərdən narahat olub.
Bunun müvəqqəti olduğunu düşünən ev sahibi, bir müddət sonra səs-küyün daha da artdığını görüb.
Qonşuların məsləhəti ilə bu barədə internetdə video paylaşan ev sahibinə bal arılarını xilas edən və yenidən yerləşdirmə xidməti göstərən şirkətə müraciət etmək məsləhət görülüb.
Şirkətin nümayəndələri gəlib evin divarlarına baxış keçirdikdən sonra divarın sökülməsinin vacib olduğunu bildiriblər.
Sökülən daşların altından çıxanlar görənləri xeyli təəccübləndirib - böyük arı pətəyi. Pətəyin üstündə yüzlərlə arının olduğu məlum olub.
Yeniavaz.com saytı xarici KİV-ə istinadən fotoları təqdim edir.








DİGƏR XƏBƏRLƏR

Top