Jirinovski məhkəməyə verildi: 10 milyonluq iddia


Rusiya Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn Rusiya Liberal Demokrat Partiyasının (LDPR) sədri Vladimir Jirinovskiyə qarşı şərəf və ləyaqətin qorunması haqqında məhkəmədə iddia qaldırıb.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu deputatın nümayəndəsi Şota Qorqdze deyib.
Onun sözlərinə görə, LDPR liderinə, həmçinin 10 milyon rubl məbləğində mənəvi təzminat iddiası da qaldırılıb: “İddia Jirinovskinin “Veçer s Vladimirom Solovyovım” proqramında Xinşteynə qarşı təhqir və böhtanların nəticəsidir”.
Vəkil qeyd edib ki, V. Jirinovski deputatın nüfuzuna əhəmiyyətli dərəcədə zərər vurub və deputatın təmiz adının bərpa edilməsi iddianın əsas məqsədidir. İddia məhkəmə tərəfindən qəbul olunub, iclasın tarixi hələ təyin edilməyib”.

DİGƏR XƏBƏRLƏR

Top