
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı və rusiyalı həmkarları ilə telefon danışığı aparıb. Yeniavaz.com “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, R. T. Ərdoğan telefon söhbətləri zamanı Ukrayna və Rusiya arasında Kerç boğazında baş vermiş insidenti müzakirə edib.
Türkiyə Prezidenti iki ölkə arasındakı gərginlikdən narahatlığını həmkarlarına çatdırıb. R.T.Ərdoğan böhranın həll edilməsininin vacibliyinə diqqət çəkib.