Poroşenko hərbi vəziyyət haqqında fərman imzaladı


Ukrayna Prezidenti Petro Poroşenko ölkənin bir sıra vilayətlərində hərbi vəziyyətin tətbiq edilməsi haqqında fərman imzalayıb.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu Prezidentin mətbuat katibi Svyatoslav Tseqolko deyib.
Onun sözlərinə görə, bu qərar 10 vilayəti əhatə edəcək: “Bunlar Vinnitsk, Luqansk, Nikolayev, Odessa, Sumsk, Xarkov, Çerniqov, Donetsk, Zaporojsk, Hersonsk vilayətləri və Ukraynanın Azov-Kerm akvatoriyasındakı daxili sularıdır”.
Hərbi vəziyyət 30 gün müddətinə tətbiq edilir. Ukraynada hərbi vəziyyətin tətbiqi haqqında qərarın verilməsinə səbəb noyabrın 25-də Kerç boğazı ərazisində insident olub. 
 

DİGƏR XƏBƏRLƏR

Top