Eyfel qülləsinin bir hissəsi 169 min avroya satıldı


1989-cu ildə Fransa paytaxtı Parisdə inşa edilən Eyfel qülləsinin pilləkəninin bir hissəsi hərracda satılıb.
Yeniavaz.com “Habertürk” saytına istinadla xəbər verir ki, 4,3 metr hündürlüyündə olan pilləkən parçasının 40-60 min avro arasında satılacağı təxmin edilirdi.
Lakin o, hərracda 169 min avroya satılıb.  Adı açıqlanmayan alıcı Yaxın Şərqdən olan kolleksiyaçıdır. Eyfel qülləsinin ikinci və üçüncü mərtəbələrini birləşdirən dəmir pilləkən 1983-cü ildə sökülüb. O, 2-9 metr hündürlüyündə olan 24 bölümə parçalanıb. 2016-cı ildə 2,60 metr uzunluğunda olan bir hissə təqribən yarım milyon avroya satılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top