Bu il Azərbaycanda yüksək vəzifəyə təyin edilən xanımlar - SİYAHI

Bu il Azərbaycanda yeni vəzifəyə təyinatlar, işdən çıxarılmalarla bağlı rəngarəng oldu. Yeni cavan nazirlərin vəzifəyə təyinatı isə nazirlik sistemlərinin fəaliyyətində fərqli yanaşmalara gətirib çıxarmaqla yanaşı, kadr təyinatında da özünü göstərdi.
Yeniavaz.com saytı bu il müxtəlif vəzifələrə təyin olunan xanımların siyahısını təqdim edir.

1. Natavan Qədimova - Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri təyin edilib.

2. Fərəh Əliyeva - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinə müdir təyin olunub.

3. İlhamə Qədimova - Kənd Təsərrüfatı naziri İnam Kərimovun müavini qoyulub.

4. Sevinc Fətəliyeva - Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinə sədr müavini təyin olunub.

5. Məhəbbət Vəliyeva - Təhsil Nazirinə müavin təyin olunub.

6. Nigar Məmmədova - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Protokol sektorunun müdiri vəzifəsinə təyin olunub.

7. Nərmin Babayeva - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr və kadr hazırlığı şöbəsinin müdiri qoyulub.

8. Leyla Məmmədova - Dövlət Aqrar Ticarət Şirkəti MMC-nin direktoru olub.
 

9. Leyla Abdullayeva - Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.


10. Nərminə Nəbiyeva - BP-nin insan resursları üzrə vitse-prezidenti təyin olunub.

11. Arzu Məmmədova - Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini qoyulub.

12. Qızbəs Məmmədova - Astara Rayon İcra Hakimiyyəti başçısının müavin təyin edilib.

13. Anara Hacıbəyli - Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyinat alıb.

14. İlhamə Nəzərova - Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini təyin olunub.

15. Aysel Fərziyeva - Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib.

Hazırladı: Nicat

DİGƏR XƏBƏRLƏR

Top