Sumqayıtda 22 yaşlı gənc özünü 14-cü mərtəbədən atdı


Sumqayıt şəhərində 22 yaşlı oğlan intihar edib.

Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən ondörtmərtəbəli yaşayış binasında baş verib.

Belə ki, şəhər sakini, 1996-cı il təvəllüdlü Cəfərli Əli Süleyman oğlu özünü binanın 14-cü mərtəbəsindən ataraq intihar edib.

Gəncin meyiti müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Hadisənin səbəbi hələki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top