
Ermənistanın keçmiş Baş naziri Karen Karapetyanın namizədliyi Rusiyanın “Zarubejneft” dövlət neft şirkətinin Direktorlar Şurasının tərkibinə irəli sürülüb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu barədə rəsmi hüquqi informasiya portalında yer alan sənəddə deyilir.
Ümumilikdə “Zarubejneft” şirkətinin Direktorlar Şurasına ümumilikdə 7 namizəd irəli sürülüb. Qeyd edək ki, K.Karapetyan 2016-cı ildən 2018-cı ilədək Ermənistanın Baş naziri olub.