BMT-nin yeni baş katibi seçilib

BMT-nin yeni baş katibi seçilib. Yeni baş katib portuqaliyalı siyasətçi Antoniu Qutterişdir. O, vəzifəsinin icrasına gələn il yanvarın 1-dən başlayacaq və 2021-ci il dekabrın 31-nə kimi bu vəzifədə qalacaq. Qeyd edək ki, ötən həftə BMT TŞ A. Qutterişin bu vəzifəyə təyin olunması ilə bağlı Baş Assambleyaya tövsiyə məktubu göndərib. 1949-cu il təvəllüdlü Antoniu Qutteriş 2005-ci ilin iyunundan 2015-ci ilin dekabrına kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarı vəzifəsini daşıyıb. O, 1995-2005-ci illərdə Portuqaliyanın baş naziri olub.

APA

DİGƏR XƏBƏRLƏR

Top