Meşə fonduna ziyan vuran şəxs CƏRİMƏLƏNİB


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Göyçay şəhərində keçirilən reyd zamanı Ənvər Məmmədxanlı küçəsində fəaliyyət göstərən yeşik hazırlanan sexdə 52 kub.m həcmində müxtəlif cinsli meşə materialı aşkar edilib.

Nazirliyin Mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, faktla bağlı sexin sahibi Göyçay şəhər sakini Fəqan Vəliyev barəsində akt tərtib edilib və ona meşə fonduna dəyən 6 652 manat məbləğində ziyan tətbiq olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Baş Prokurorluğa göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top