Çində partlayış nəticəsində 22 nəfər ölüb - VİDEO


Çinin Hebey əyalətinin kimyəvi maddələr zavodu yaxınlığında baş vermiş partlayış nəticəsində 22 nəfər ölüb, daha 22 nəfər isə yaralanıb.

Bu barədə "Sina" portalı məlumat yayıb.

Bildirilir ki, əyalət rəhbərliyi yerli sakinlərdən faciə yerinə yaxınlaşmamağı tövsiyə edib.

Bundan əvvəl Çinin Jilin əyalətindəki Sanhe qəsəbəsində yerləşən maşınqayırma zavodunda partlayış baş verib. (Report)

DİGƏR XƏBƏRLƏR

Top