Sloveniya tarixində ilk dəfə Silahlı Qüvvələrə qadın rəhbərlik edəcək

Sloveniya tarixində ilk dəfə Silahlı Qüvvələrin Baş Qərargah rəisi qadın olacaq. Noyabrın 27-də Sloveniya hökuməti general-mayor Alenka Ermentsin bu vəzifəyə təyin edilməsi barədə qərar qəbul edib. Ölkənin Müdafiə Nazirliyindən verilən məlumata görə, Erments eyni zamanda NATO ölkələri içərisində yeganə qadın ordu rəhbəridir.

İndiyədək Baş Qərargah rəisinin müavini vəzifəsində çalışan 55 yaşlı Ermentsə ötən həftə general-mayor rütbəsi verilib və adı ölkədə general ranqına yüksələn ilk qadın kimi tarixə düşüb. 27 ildən bəri sloven ordusunda xidmət göstərən ordu rəhbəri 1991-ci ildə ölkənin azadlığı uğrunda mübarizədə və Yuqoslaviyanın parçalanması zamanı baş verən silahlı münaqişələrdə fəal iştirak edib.(AzərTAC)

DİGƏR XƏBƏRLƏR

Top