Suriyada 7500 uşaq ölüb və ya şikəst olub

 
Suriyada son 5 ildə 7 500 uşaq ölüb və ya şikəst qalıb. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə BMT baş katibinin uşaqlar və silahlı münaqişələr üzrə xüsusi təmsilçisi Virgina Qambanın hesabatında deyilir.
 
Onun hesabatına əsasən, Suriyada uşaqlara qarşı 12 500 ağır qanun pozuntusu faktı qeydə alınıb. V. Qamba vurğulayıb ki, uşaqlar Suriyada məcburən hərbi toqquşmalarda iştirak etməyə cəlb olunurlar: “2013-cü ilin noyabr ayından 2018-ci ilin iyun ayınadək uşaqların silahlandırılaraq münaqişələrə qatıldığına dair 3 377 hal sənədləşdirilib”. Hesabata əsasən, uşaqları öz sıralarına həm Azad Suriya Ordusu, həm İŞİD terror qruplaşması, eləcə də hökumət qoşunları da cəlb edir.

DİGƏR XƏBƏRLƏR

Top