Putin Poroşenkonun telefonla danışmaq istəyini cavabsız qoyub

 
Ukrayna Prezidenti Petro Poroşenko bəyan edib ki, Kerç boğazında insidentdən dərhal sonra rusiyalı həmkarı ilə telefon danışığı istəyib, lakin cavab almayıb. Yeniavaz.com RBK-ya istinadla xəbər verir ki, P. Poroşenko bu barədə Ukrayna telekanallarına müsahibəsində deyib.
 
O bildirib: “Mən gecə Rusiya Prezidenti Vladimir Putinlə danışmaq istədim, biz cavab almadıq”. P. Poroşenko qeyd edib ki, bundan sonra Almaniya Kansleri Angela Merkelə müraciət etməyə məcbur olub: “İstədim ki, o, Rusiya Prezidenti ilə söhbətində saxlanılan Ukrayna hərbçilərinin dərhal azad edilməsini müzakirə etsin”.
 
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna liderinin sözlərini şərh edərkən bəyan edib ki, V. Putin və P. Poroşenko arasında heç bir telefon danışığı olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top