
Simferopolun Kiyev rayon məhkəməsi Krım yarımadası ətrafında saxalanılmış Ukrayna Hərbi Dəniz Qüvvələrinin 24 dənizçisindən 12-nin iki ay müddətinə həbsinə dair qərar çıxarıb. Yeniavaz.com TASS agentliyinə istinadən xəbər verir ki, onlar Kerç boğazında “Rusiya sərhədlərini” pozmaqda ittiham olunurlar.
Dənizçilər yanvarın 25-dək həbsdə qalacaqlar. Vəkillərin məlumatına əsasən, hərbçilər Simferopolun istintaq təcridxanasında saxlanılacaq. Qalan dənizçilərin işinə çərşənbə günü baxılacaq.
Tətbiqimizi yükləyə bilərsiniz