
Xəbər verildiyi kimi, Bakıda adambaşına düşən lift ödənişləri ilə bağlı təklif hazırlanır. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Lifttəmir" İstehsalat Birliyininə yeni təyin olunmuş yeni baş direktor Xalid Ələkbərov oxu.az-a açıqlamasında deyib ki, vətəndaşlar lift pulunu ödəmək istəmirlər: "Hesabatla götürəndə adambaşına lift pulu 1 manat 80 qəpik - 2 manata yaxın çıxır. Amma təklifdə minimum 1 manat qeyd edilib. Bu məbləğ olsa və nağdsız hesaba keçilsə, işçilərimizin də qapı-qapı düşüb pul yığması məsələsi aradan qalxar. İnsan var ki, gedir bir manata adi su alıb içir, amma liftlə qalxmağa pul ödəyəndə deyir ki, niyə 20 qəpik ödəyirəm? Qiymət təklifdəki məbləğ olsa, lift xarab olanda onu təmir etmək, vəsait qoymaq olar".
Qeyd edək ki, Bakıda sovet dövründə inşa olunmuş binaların çoxunda liftlər sözün həqiqi mənasında bərbad vəziyyətdədir. Liftlərin təmirinə dövlət büdcəsindən xeyli vəsait ayrılsa da, nəticə ürəkaçan deyil.
Təkcə Bakıda elə gün az tapılar ki, orada liftdə qalma halı baş verməsin. Demək olar hər gün paytaxtın ayrı-ayrı ərazilərində liftdə qalan insanları Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları xilas edirlər.
Yeniavaz.com saytı FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatlarına əsasən, təkcə noyabr ayı ərzində liftdə qalanların siyahısını təqdim edir.
- 27 noyabrda Xətai rayonunda 3 nəfər liftdə qalıb.
- 26 noyabrda Yasamalda liftdə qalmış 2 nəfər xilas edilib.
- 25 noyabrda Suraxanı rayonunda 1 nəfər liftdə qalıb.
- 24 noyabrda Yasamalda liftdə köməksiz qalmış 1 nəfər xilas edilib.
- 23 noyabrda Nərimanovda 2 nəfər liftdə qalıb.
- 22 noyabrda Suraxanı və Xətai rayonlarının hər birində 1 nəfər liftdə qalıb.
- 21 noyabrda Xətai rayonunda 2 nəfər, Nəsimi rayonunda 1 nəfər liftdə qalmış şəxs xilas edilib.
- 20 noyabrda Yasamalda 2, Sabunçuda 1 nəfər liftdə qalıb.
- 19 noyabrda Binəqədidə 3, Yasamalda 2, Nəsimi rayonunda 2 nəfər liftdə qalıb.
- 18 noyabrda Suraxanıda 2, Nəsimi rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
- 17 noyabrda Nəsimi rayonunda 1 nəfər, Binəqədi rayonunda 1 nəfər liftdə qalmış şəxs xilas edilib.
- 16 noyabrda Nəsimi rayonunda 1 nəfər, Nizami rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
- 14 noyabrda Nizami rayonunda 1 nəfər vətəndaşın liftdən çıxmasına kömək edilib.
- 11 noyabrda Xətai rayonunda 1, Yasamal rayonunda 3, Binəqədi rayonunda 2 nəfər liftdə qalıb.
- 10 noyabrda Yasamal rayonunda 2 nəfər, Nəsimi rayonunda 4 nəfər liftdə qalıb.
- 9 noyabrda Nəsimidə 2 nəfər, Binəqədidə 2 nəfər, Suraxanıda 2 nəfər, Nərimanovda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
- 8 noyabrda Xətai rayonunda 1 nəfər, Nəsimi rayonunda 1 nəfər, Nizami rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.
- 6 noyabrda Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
- 5 noyabrda Suraxanı rayonunda 1 nəfər, Nərimanov rayonunda 1 nəfər, Nəsimi rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
- 3 noyabrda Nizami rayonunda 1 nəfər, Nərimanov rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
- 2 noyabrda Binəqədidə 1 nəfər, Yasamalda 2 nəfər liftdə qalıb.
Tətbiqimizi yükləyə bilərsiniz