Həbib Nurməhəmmədovun potensial rəqibləri açıqlandı


Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Dana Uayt yüngül çəkidə çempion titulunun sahibi Həbib Nurməhəmmədovun potensial rəqiblərini açıqlayıb. UFC rəhbəri ESPN-ə açıqlamasında 30 yaşlı rusiyalı idmançı ilə irlandiyalı Konor Makqreqor arasında revanş döyüşünün də keçirilməsini istisna etməyib. “Nurməhəmmədov - Makqreqor döyüşü bütün rekordları qırdı. Bu, möhtəşəm qarşılaşma idi. Həbib qalib gəldi və bu, o deməkdir ki, artıq amerikalılar - Toni Ferqyuson və Dastin Puarye ilə döyüşə, eləcə də Makreqor onunla revanş görüşü keçirə bilər”.

Qeyd edək ki, Həbib Nurməhəmmədov bu ilin oktyabrında ABŞ-ın Las-Veqas şəhərində baş tutan döyüşdə Konor Makqreqora qalib gəlib və çempion titulunu qoruyub.(report)

DİGƏR XƏBƏRLƏR

Top