Nokia, möhtəşəm yeniliklə geri qayıdır!

Nokia şirkəti ötən həftə satışa çıxarılan “Nokia D1C” Android əsaslı telefonun ardınca eyni modelin planşet versiyasını təqdim edəcək. “Yeniavaz.az”, Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Nokia D1C Tablet” olaraq adlandırılan modelin xüsusiyyətləri, sosial mediada paylaşılıb.


“Nokia D1C planşet”inin xüsusiyyətlərini təqdim edirik:


Nokia D1C planşeti, Applenin iPad Pro modelinə rəqib olacaq. Nokia D1C planşeti, 13.8 düym böyüklüyündə 1920x1080 ekran ölçülü istehsal olunacaq. Android 7.0 Nougat versiya ilə təqdim olunacaq olan Nokia D1C planşeti, Google Play Edition əhatəsində olacağı üçün yeni Android yeniliklərini birbaşa olaraq qəbul edəcək. Planşet, Qualcomm Snapdragon prosessor, 3 GB RAM və 16 GB daxili saxlama vahidinə sahib olacaq. Nokia D1C planşeti, işıqlı 15 Megapiksel arxa və 7 Megapiksel ön kamerası ilə planşet sahəsində çox səs salacaq. Nokia D1C planşetinin qiyməti və təqdimat tarixi haqqında hələki məlumat yoxdur.

Gülarə Kərimova

DİGƏR XƏBƏRLƏR

Top