Paşinyan: Bizə aydın deyil ki, niyə Azərbaycana silah satırlar


Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan hesab edir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzv ölkələri bir-birinə qarşı müttəfiqlik öhdəliklərini aydınlaşdırmalıdır.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, N.Paşinyan bu barədə Vanadzor şəhərində keçirilən mitinqdə deyib.
O bildirib: “Siz bilirsiniz ki, son vaxtlar KTMT-də aktiv müzakirələr aparılır. Və bəli, bu müzakirələr ona istiqamətlənib ki, müttəfiq ölkələrin bir-birinə qarşı hansı öhdəlikləri olduğu aydınlaşdırılsın. Biz nəhayət başa düşməliyik ki, kimə güvənə bilərik, kimə yox”.
N.Paşinyanın sözlərinə görə, rəsmi İrəvan üçün çox da aydın deyil ki, niyə müqavilə üzrə müttəfiq olan ölkələr Ermənistanın çox da dost olmayan qonşusuna (Azərbaycan) silah satır: “Biz bu mövzunu öz müttəfiqlərimizlə səmimi müzakirə etmək istəyirik”.

DİGƏR XƏBƏRLƏR

Top