Trampdan Ukrayna ilə Rusiya arasındakı gərginliyə ilk reaksiya


Ümid edirik ki, problemlər həll olunacaq. Bu sözləri ABŞ prezidenti Donald Tramp Ukrayna-Rusiya arasındakı gərginlik barədə danışarkən söyləyib. "Baş verənləri istənilən mənada bəyənmirik və ümid edirik ki, problemlər həll olunacaq. Avropa da vəziyyətdən narazıdır. Məsələ ilə bağlı müzakirələr aparılır".

Xatırladaq ki, noyabrın 25-də Ukrayna hərbi gəmilərinin Kerç boğazına yaxınlaşması Rusiyanın sərt reaksiyasına səbəb olub. Rusiya FTX Ukrayna hərbçilərini ölkənin ərazi sularına daxil olmaqda ittiham edib. Rusiya Hərbi Dəniz Qüvvələrinin "Don" sərhədçi gəmisi Kerç boğazında Ukrayna gəmisinə çırpılıb. Bəzi məlumatlarda bildirilirdi ki, Rusiya hərbçiləri Ukrayna gəmilərinə atəş açıblar. Ukrayna tərəfi bəyan edib ki, Rusiya üç gəmini ələ keçirib və bu addımı təcavüz aktı kimi qiymətləndirib.(milli.az)

DİGƏR XƏBƏRLƏR

Top