Parlamentdə büdcə müzakirələri başladı


Mili Məclisin (MM) noyabrın 27-də keçirilən növbəti plenar iclasında 2019-cu ilin büdcə müzakirələri davam etdirilir. Büdcə zərfinə daxil olan qanun layihələrinin ikinci oxunuşda müzakirəsi keçirilir. Büdcə zərfinin ikinci oxunuşu barədə məlumat verən MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə bildirib ki, millət vəkilləri birinci oxunuşun komitə və plenar iclaslarında kifayət qədər maraqlı və səmərəli təkliflər səsləndiriblər ki, onlar barədə iqtisadi sektora daxil olan qurumların rəhbərləri, o cümlədən, maliyyə naziri Samir Şərifov öz çıxışlarında məlumat verəcək. Komitə sədri hesab edir ki, ümumilikdə dövlət büdcəsi 2019-cu ildə ölkə iqtisadiyyatının öz hədəflərinə doğru irəliləməsində mühüm rol oynayacaq. Z.Səmədzadənin sözlərinə görə, Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər ölkə iqtisadiyyatının inkişafına öz töhfələrini verə biləcək. Komitə sədrinin qısa çıxışından sonra ikinci oxunuşun müzakirələrinə keçilib.

Müzakirələrə keçilməzdən öncə spiker Oqtay Əsədov birinci oxunuşda 44 millət vəkilinin çıxış etdiyini xatırladıb və qeyd edib ki, bu dəfə ötən iclasda çıxış edə bilməyən deputatlara çıxış üçün imkan yaradılacaq.(oxu.az)

 

DİGƏR XƏBƏRLƏR

Top