Qəzada ölən 19 yaşlı gənc əsgərlikdən evə məzuniyyətə gəlibmiş - FOTOLAR


Kürdəmir rayonunda baş verən yol qəzasında ölən sürücü ilə bağlı yeni təfərrüatlar üzə çıxıb. Hadisə Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində baş vermişdi.
1999-cu il təvəllüdlü Əli Sahib oğlu Abbasov idarə etdiyi "KİA Rio" markalı avtomobilin idarəetməsini itirərək yol kənarındakı su kanalına aşırmışdı.
Nəticədə avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü boğularaq dünyasını dəyişib. Yeniavaz.com xəbər verir ki, hadisə zamanı ölən sürücü N saylı hərbi hissənin əsgəri imiş.
Hərbi xidmətdə olan əsgər yaşadığı rayona məzuniyyətə gəlibmiş.
Qəribədir ki, maşınla evdən çıxan gənc bir neçə gün imiş axtarılırmış.
Sosial şəbəkədəki "Kürdəmir" səhifəsində isə hadisə ilə bağlı bunlar bildirilib: "Bir neçə gün öncə maşınla evdən çıxan gənc axtarılırdı, nəhayət maşın kanalda (məzarlıq tərəfdə) tapıldı. Maşını idarə edən Əli adlı gənc çox təəssüf ki, boğularaq həyatını itirib. Hərbi xidmətdə olan Əli məzuniyyət üçün evlərinə gəlmişdi və belə bir faciənin qurbanına çevrildi. Allah rəhmət etsin".

DİGƏR XƏBƏRLƏR

Top