Bakının bu ərazisində su olmayacaq


Bu gün Xətai rayonunun bir hissəsidə içməli suyun verilməsində məhdudiyyət yaranacaq. “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Yeniavaz.com-a verilən məlumata görə, Bakı şəhəri Xətai rayonu ərazisində yeni yaradılmış içməli su şəbəkəsinin magistral xətlərə qoşulması ilə əlaqədar noyabrın 27-də gün ərzində Xətai rayonunun bir hissəsinə (Əhmədli qəsəbəsinin bir hissəsinə və Köhnə Günəşli yaşayış massivinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

DİGƏR XƏBƏRLƏR

Top