Ötən günün qəza statistikası: 3 ölü, 6 yaralı


Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, noyabrın 26-da ölkədə 95 cinayət faktı qeydə alınıb, onların da 9-u “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətinaçılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Ölkənin avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb.  Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top