“Kişi müəllimlərin pensiya yaşı uzadılsın” - Deputatdan təklif


“Təkrar kişi müəllimlərin maaşlarının  artırılması  haqda məsələ qaldırmışam. Uşaqlarımızın  psixologiyası ciddi şəkildə  pozulur. 70-80  nəfərlik  kollektivdə  7-8 kişi müəllimi işləyir. Təklif etdim ki, onların əmək haqqı qaldırılsın və pensiya yaşı uzadılsın”.

Bu sözləri millət vəkili Tahir Kərimli deyib. O, sabah Milli Məclisdə keçiriləcək büdcə müzakirələri haqda danışarkən bildirib ki,  bir qrup müəllimlərin maaşının artırılmasının tərəfdarıdır:

“Biz əvvəlki plenar iclaslarda,  eyni zamanda,  komitə  iclaslarında  müəllimlərin, səhiyyə işçilərin əmək  haqqının qaldırılması məsələsinə  bir neçə dəfə toxunmuşuq. Bu il büdcə keçən ilə  nisbətən 2 dəfə çoxalıb. Təxminən, 9 milyon manat artıb. Əlavə büdcə xərcləri artırılmasa belə imkan yaradar ki, müəllimlərin əmək haqqı artırılsın. Amma  bu artım  bəzi müəllimlərə şamil edilir. Yəni bütün müəllimlərə tətbiq etmirlər. İstəyimiz isə bütün müəllimlərə şamil olunmağıdır”.

Deputat qeyd edib ki, təkrar kişi müəllimlər haqda məsələ qaldırıb:

“Uşaqlarımızın psixologiyası ciddi şəkildə  pozulur. 70-80 nəfərlik kollektivdə 7-8 kişi müəllimi işləyir. Təklif etdim ki, onların əməkhaqqı qaldırılsın və pensiya yaşı uzadılsın. Onlara işləmək imkanı yaradılmalı, ali və orta məktəblərdə iş təminatı artırılmalıdır. Çünki bu, az qalamilli problemə çevrilib. Oğlanlarımız qız uşağı kimi böyüyürlər. Bu məsələni xüsusi olaraq qeyd edirəm.İnanıram ki, deputatlarımızın çoxu müəllimlərin əməkhaqqının ancaq artırılmasının arzusundadır. O istiqamətdə də yəqin ki, təkrar çıxışlarımız olacaq”.
(Azedu.az)

DİGƏR XƏBƏRLƏR

Top