Ukrayna bankı Rusiyaya qarşı iddianı uddu: 1,3 milyardlıq cərimə

 
Ukraynanın “Oşadbank”ı Paris arbitraj məhkəməsində Rusiyaya qarşı iddianı udub. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, iddia Krımda aktivlərin itirilməsinə görə dəymiş zərərin alınması ilə bağlı olub.
 
Arbitraj “Oşadbank”ın tələblərini tam qarşılayıb. Zərərə görə cərimənin yekun məbləği 1,3 milyard dollar təşkil edəcək. Bundan başqa, məhkəmə qərarı çıxarılan andan faktiki kompensasiyaya ödənilədək faizlər hesablanacaq.

DİGƏR XƏBƏRLƏR

Top