“Miss Moskva” İslamı qəbul edərək Krala ərə getdi

 
Moskvada Malayziya Kralı V Məhəmməd və 2015-ci ilin “Miss Moskva” titulunun qalibi Oksana Voyevodinanın toy mərasimi keçirilib. Yeniavaz.com “Lenta.ru” saytına istinadla xəbər verir ki, nikah mərasimi noyabrın 22-də “Barvikha Concert Hall” konsert zalında baş tutub.
 
Təntənəli mərasim spirtli içkisiz keçib və bütün yeməklər halal olub. Kral Malayziyanın milli geyimində, gəlin isə rus libasında publika qarşısına çıxıb. O.Voyevodina toydan əvvəl hicabda görüntülənib və bəzi məlumatlara əsasən, İslam dinini qəbul edib. O, “Miss Moskva” titulunu qazananda 22 yaşı olub.


DİGƏR XƏBƏRLƏR

Top