Dünyada qadınların maaşı kişilərdən 20% azdır

 
Bütün dünya üzrə qadınlar kişilərlə müqayisədə orta hesabla 20% az qazanırlar. Yeniavaz.com “Kommersant” qəzetinə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatının məruzəsində deyilir.
 
Araşdırma metodundan asılı olaraq, əməyin ödənilməsində fərq 16%-dən (orta saatheabı ödəniş) 22%-dək (aylıq orta hesabla ödəniş) təşkil edir. Əməyin ödənilməsində fərqin səbəbi təhsil səviyyəsində deyil. Bir çox ölkədə qadınlar kişilərdən daha yaxşı savadlıdır, lakin hətta eyni sahələrdə işləsələr də daha az alırlar.
 
Məruzədə, həmçinin qeyd edilir ki, 2017-ci ildə əmək haqqının artım tempi 2008-ci ildən bəri ən aşağı səviyyədə olub. Belə ki, 2016-cı ildə dünyada real əmək haqqının səviyyəsi 2,4%, 2017-ci ildə isə 1,8% artıb.

DİGƏR XƏBƏRLƏR

Top