BMT-nin Təhlükəsizlik Şurası Rusiyanın Ukrayna ilə bağlı təklifini blokladı

 
BMT-nin Təhlükəsizlik Şurası (TŞ) Kerç boğazında Rusiyanın Ukrayna ilə münaqişəsi üzrə təcili iclasın gündəliyini bloklayıb. Yeniavaz.com “Rosbalt” agentliyinə istinadla xəbər verir ki, Moskvanın təklif etdiyi gündəlikdə “Rusiya sərhədlərinin Ukrayna gəmiləri tərəfindən pozulması” barədə bəhs edilirdi.
 
Moskvanın təklifini Çin, Rusiya, Qazaxıstan və Boliviya dəstəkləyib. TŞ-nin yeddi üzv ölkəsi əleyhinə səs verib, daha dörd üzv isə bitərəf qalıb. Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidməti Kerç boğazı ərazisində Krımın ərazi sularına daxil olan Ukrayna Hərbi Dəniz Qüvvələrinin üç gəmisini ələ keçirib. “Dövlət sərhədini” qanunsuz keçmək haqqında cinayət işi qaldırılıb.
 
Krımın və onun ərazi sularının Rusiyaya mənsub olduğunu tanımayan Kiyev isə bəyan edir ki, gəmilər Odessadan Mariupola qanuni əsaslarla hərəkət edib. Ukrayna hakimiyyəti insidenti hərbi aqressiya aktı kimi tanıyıb. Ukrayna Prezidenti Petro Poroşenko ölkədə hərbi vəziyyət elan edib.

DİGƏR XƏBƏRLƏR

Top