NATO-dan Rusiyaya çağırış: Dərhal azad edin

 
NATO Rusiyanı ötən bazar günü Kerç boğazında saxlanılan Ukrayna dənizçilərini və gəmilərini dərhal azad etməyə çağırıb. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bu məsələyə həsr olunmuş NATO-Ukrayna plandankənar görüşün yekunları üzrə deyib.
 
Onun sözlərinə görə, Rusiyanın Ukrayna gəmilərinə qarşı güc tətbiq etməsinin heç bir bəraəti ola bilməz: “NATO Rusiyanı Ukrayna gəmilərini və dənizçilərini dərhal azad etməyə çağırır”.
 
Qeyd edək ki, bunadək Y.Stoltenberq və Ukrayna Prezidenti Petro Poroşenko Kerç boğazında insidenti telefon əlaqəsində müzakirə ediblər.

DİGƏR XƏBƏRLƏR

Top