Bu ölkədə ölülərin ürəyində qalan arzuları tabutunda əks olunur - FOTOLAR

 
Qanada bir çox insan, nüfuzunu, şəxsiyyətini və həyatda ikən gerçəkləşdirə bilmədiyi arzularını əks etdirən tabutlarda basdırılır.
Yeniavaz.com BBC-yə istinadən xəbər verir ki, dünyanın ən böyük kakao istehsalçılarından olan Qanada, kənd yerlərindəki əhali əsasən kakao tumu şəklindəki tabutlara üstünlük verir. Belə tabutların qiyməti bəzən 1000 dollara bərabər olur.
Ölkədə kənd əhalisinin günlük qazancının 3 dollardan az olduğu, bu səbəbdən də tabut üçün əhalinin çox vaxt aralarında pul topladığı bildirilir.
50 ildir ki bu işlə məşğul olan tabut ustası Erik Adcetey deyir ki, “Mercedes Benz” ən göstərişli tabut kimi qəbul olunur və ölən adamın məzarı da, bu tabutlara görə qazılır.
Yerli xalq bu tabutlara “Abeduu Adekai” (atalarsözü qutusu) deyir. Buna səbəb isə hər tabutun simvolik bir məna daşımasıdır.
Tabut ustaları 20-dən çox ölkədən sifariş aldıqlarını, Cənubi Koreya, Rusiya, ABŞ və Danimarkadan bu sənəti öyrənmək üçün insanların Qanaya gəldiyini bildirirlər.
Qeyd edək ki, tabutlar əldə hazırlanır.






DİGƏR XƏBƏRLƏR

Top