Serj Sarkisyanın nə qədər pensiya alacağı məlum oldu


Ermənistanın sabiq prezidenti Serj Sarkisyan pensiya almaq üçün müvafiq dövlət orqanlarına müraciət edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə "armdaily.am" saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Sarkisyanın müraciətinə olduqca qısa müddətdə baxılıb və müvafiq pensiya ilə təmin olunub.
Məlumatda bildirilir ki, hazırda Sarkisyanla bərabər daha iki nəfər - keçmiş prezidentlər Robert Koçaryan və Levon Ter-Petrosyan da pensiya alırlar. Ermənistanda eks-prezidentlərinin pensiyası mövcud prezident maaşının 70% -inə bərabərdir. Bu isə təxminən 1,9 min dollara (924 min dram) təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top