
Türkiyənin Sivas şəhərində sərnişin qatarı ilə yük qatarı toqquşub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 10 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Qəza yerinə xilasedicilər cəlb edilib. Ölü və yaralı sayının artacağı istisna edilmir.