Rusiyanın ələ keçirdiyi üç Ukrayna gəmisinin yeri məlum oldu


Qara dənizdə Rusiya tərəfindən ələ keçirilmiş Ukraynanın hərbi gəmiləri Kerç limanına çatdırılıb.
Yeniavaz.com UNIAN agentliyinə istinadla xəbər verir ki, söhbət “Yanı Kapu” yedək gəmisindən və “Berdyansk”, “Nikopol” katerlərindən gedir.
Hazırda gəmilər Qenmola ərazisində sahilə yanaşdırılıb. Onların nəzərəçarpacaq zədələr almadığı bildirilir. Xatırladaq ki, noyabrın 25-də Rusiya sərhəd gəmisi Ukrayna Hərbi Dəniz Qüvvələrinin yedək gəmisini taranla vurub.

DİGƏR XƏBƏRLƏR

Top