Xaricdən Azərbaycana 1 milyard dollar pul köçürülüb


Bu ilin ilk 9 ayında iqtisadi tərəfdaş ölkələrində iqtisadi artımın davam etməsi qeyri-neft ixracı ilə yanaşı ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir edib.
Yeniavaz.com Mərkəzi Bankın 2018-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalına istinadən xəbər verir ki, ilkin rəqəmlərə əsasən 2018-ci ilin ilk 9 ayında ölkəyə daxil olan pul baratları 998 milyon dollar təşkil edib.
Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 243 milyon manat və ya 32,2% çoxdur.
Bu ilin III rübünü 2016-cı ilin eyni dövrü ilə müqayisə edəndə məlum olur ki, ölkəyə daxilolan pul köçürmələri 337 milyon dollar  və ya 50,98% artıb.
 
 

DİGƏR XƏBƏRLƏR

Top