12 alpinist itkin düşüb


İranın Gilan və Ərdəbil əyalətlərinin qovşağında yerləşən Əsalim və Xalxal dağlıq zonasında 12 alpinist itkin düşüb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İran Qızılaypara Cəmiyyətinin axtarış şöbəsinin direktor müavini Şahin Fəthi, verdiyi yazılı izahatda, ölkənin şimali-qərbində yerləşən və güclü qar yağışının müşahidə edildiyi Əsalim və Xalxal dağlıq zonasında 12 alpinistin itkin düşdüyünü bildirib.
Ş. Fəthi əraziyə göndərilən 4 əməliyyat axtarış bölüyü ilə yerli əhalinin birgə axtarışlarının davam etdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top