“Uşaq Avroviziya-2018”in qalibi Polşa oldu


Minskdə keçirilən “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsində çıxışlar yekunlaşıb. Hazırda online səsvermə keçirilir.

Yeniavaz.com AzərTac-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Fidan Hüseynova səhnəyə 7-ci çıxıb. Müsabiqənin budəfəki finalında rekord sayda - 20 ölkənin nümayəndəsi iştirak edib.

“Minsk Arenada” səhnəyə Azərbaycanla yanaşı, Ukrayna, Portuqaliya, Qazaxıstan, Albaniya, Rusiya, Niderland, Belarus, İrlandiya, Serbiya, İtaliya, Avstraliya, Gürcüstan, İsrail, Fransa, Makedoniya, Ermənistan, Uels, Malta və Polşa təmsilçiləri çıxıblar.

Qeyd edək ki, noyabrın 23-də axşam saatlarından mahnı müsabiqəsinin rəsmi saytında tamaşaçıların onlayn səsverməsi başlayıb. Səsvermə müsabiqənin rəsmi açılışına qədər, yəni noyabrın 25-də yerli vaxtla saat 18:00-dək davam edib. Final günü sonuncu iştirakçının ifasından sonra səsvermə 15 dəqiqə ərzində yenidən aktivləşib.

DİGƏR XƏBƏRLƏR

Top