“Neftçi”dən növbəti qələbə - VİDEO​

Futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci turun daha bir oyunu keçirilib.

“Səbail” “Bayıl Arena”da “Neftçi”ni qəbul edib.

Matç qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 41-ci dəqiqədə Baqali Dabo açıb. 53-cü dəqiqədə Emin Mahmudov penalti zərbəsini dəqiq yerinə yetirərək “flaqman”ın üstünlüyünü iki topa çatdırıb.
Hakimin oyuna əlavə etdiyi dəqiqələrdə meydan sahiblərinin futbolçusu Tome Kitanovski ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb.

Turun son oyununda “Zirə” və “Sumqayıt” komandaları qarşılaşacaq.

Turnir cədvəli:

1

Neftçi

12

29

2

Qarabağ

12

24

3

Səbail

12

20

4

Sabah

12

17

5

Qəbələ

12

15

6

Sumqayıt

11

11

7

Keşlə

12

9

8

Zirə

11

6

(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top