Azərbaycanda gənc şair intihar etdi


Gənc şair Şaiq Sadıqzadə intihar edib.

Bu barədə Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova məlumat verib.   

O bildirib ki, 27 yaşlı Ş.Sadıqzadə yaşadığı evin həyətindəki ağacdan özünü asaraq intihar edib.

E.İsmayılova bildirib ki, gənc müəllimin hansı səbəbdən intihar etməsi ilə bağlı hüquq mühafizə orqanları araşdırma aparılır.

Qeyd edək ki, Ş.Sadıqzadə Lənkəran Dövlət Universitetinin məzunu olub və coğrafiya müəllimi işləyirmiş. O, tələbə olarkən ixtira etdiyi cihazla gündəmə gəlmişdi.

Şaiq Sadıqzadə həm də şair kimi tanınıb, çoxlu şeirlər müəllifi olub. (modern.az)

DİGƏR XƏBƏRLƏR

Top