Hələbə kimyəvi silahlarla hücum oldu - 100-dək insan zəhərləndi


Suriyanın Hələb şəhərinə kimyəvi silahlarla hücum olub.

Suriyalı döyüşçülərin xlor, eləcə də digər zəhərləyici maddələrlə dinc sakinləri atəşə tutması nəticəsində 100-dək insan xəsarət alıb. Onlardan 8-i uşaqdır.

Təngnəfəslik və göz yaşarması diaqnozu ilə xəstəxanalara çatdırılan yaralılarda qaz allergiyasının simptomları var.

Artıq Rusiyanın hərbi kimyaçıları hadisə yerindədirlər və onlar radiasiya, kimyəvi və bioloji zəhərlənmənin qarşısını almaq üçün hərəkətə keçiblər. (qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top