ABŞ yenidən Suriyanı bombalayıb, 20-yə yaxın qadın və uşaq ölüb


ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyanın Deyr əz-Zor əyalətinin Hacin şəhərinə endirdiyi hava zərbələri nəticəsində azı 20 dinc sakin həyatını itirib.

Bu barədə şənbə günü yerli SANA dövlət agentliyi məlumat yayıb.

Bildirilir ki, aviasiya şəhərin Əs-Suk rayonuna zərbə endirib. Ölənlər arasında 9 uşaq və 8 qadın var.

Noyabrın 23-də sözügedən şəhərə analoji hava zərbələri zamanı 11 suriyalı həyatını itirib. (Report)

DİGƏR XƏBƏRLƏR

Top