
Yüngül çəki dərəcəsində Mütləq Döyüş Çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədovun babası dünyasını dəyişib. Bu barədə rusiyalı idmançının meneceri Əli Əbdül-Əziz məlumat yayıb.
O, “Instagram” səhifəsində yazıb: “Hamımız Allahdanıq və Ona tərəf qayıdacağıq”.
Daha öncə Həbib UFC 223 turnirindən qayıtdıqdan sonra babasını ziyarət etmişdi və çempionluq kəmərini onun çiyninə salmışdı.(oxu.az)