Paşinyan yeni hökumətdə iki nazirin vəzifədə qalacağını bəyan etdi


Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan deyib ki, rəhbərlik etdiyi “Mənim addımım” bloku dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkisində qalib gələrsə, yeni hökumət formalaşdırılarkən müdafiə naziri David Tonoyan və xarici işlər naziri Zoqrab Mnatsakanyan öz postlarında qalacaq. Ermənistan KİV xəbər verir ki, Nikol Paşinyan digər nazirlər barəsində isə heç nə deməyib. Yeri gəlmişkən, bu gün Ermənistanın baş naziri əvəzi Nikol Paşinyan bütün tərəfdarlarını Yerevanda aksiyaya çıxarıb.

Qeyd edək ki, noyabrın 26-da Ermənistanda seçki kampaniyası başlanır. Dekabrın 9-da ölkədə vaxtından əvvəl parlament seçkisi keçiriləcək. Analitiklər hesab edir ki, Paşinyanın “Mənim addımım” bloku qəti qələbə qazanacaq. Paşinyan hakimiyyətə bu ilin aprel-may aylarında keçirilən kütləvi küçə etirazları ilə gəlib. Yeni seçkidə həmin vaxt hakimiyyətdən uzaqlaşıdırılmış “Respublika” partiyası da iştirak edəcək. Bu partiyaya keçmiş ölkə rəhbəri Serj Sarkisyan rəhbərlik edir.(modern.az)

DİGƏR XƏBƏRLƏR

Top