"Keşlə" "Qəbələ"yə uduzdu


Bu gün Topaz Premyer Liqasında XII tura start verilib. Turun açılış matçında "Keşlə" doğma meydanda "Qəbələ" ilə qarşılaşıb. Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi oyun "Qəbələ"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 17-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Ceyms Adeniyi hesabı açıb. 3 dəqiqə sonra Təmkin Xəlilzadənin ötürməsini Voyislav Stankoviç başla qapıya göndərib və hesabı artırıb. Bundan sonra hücumlarının kəsərini artıran meydan sahibləri 38-ci dəqiqədə Amil Yunanovun qolu ilə hesab arasındakı fərqi azaldıb - 1:2. İlk hissə bu hesabla başa çatıb. İkinci hissə komandaların qarşılıqlı hücumları ilə keçib. Amma hesab dəyişməyib. Bu nəticədən sonra "Qəbələ" xallarının sayını 15-ə çatdırıb və 5-ci pillədəki yerini qoruyub. 12 oyundan sonra 9 xal toplayan "Keşlə" isə 7-ci pillədədir. 

Qeyd edək ki, günün növbəti matçı "Qarabağ"la "Sabah" arasında keçiriləcək. Tura isə noyabrın 25-də "Səbail" - "Neftçi" və "Zirə" - "Sumqayıt" görüşləri ilə yekun vurulacaq. Bundan əvvəlki turda “Qəbələ” “Qarabağ”a məğlub olub, "Keşlə" isə "Sumqayıt"ı böyük hesabla üstələyib.(report)

DİGƏR XƏBƏRLƏR

Top