Azərbaycanda ayaqqabı istehsalı artıb


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 66 mln. 728,1 min manatlıq geyim istehsal olunub. Yeniavaz.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, yanvar-sentyabr ayları ilə müqayisədə 11 mln. 134,5 min manat və ya 20,03% çoxdur. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 4 mln. 910,6 min manat və ya 6,9% azdır.

Hesabat dövründə ölkədə 20 mln. 617 min manatlıq dəri və dəridən məmulatlar, ayaqqabı istehsal olunub ki, bu da ötən ayla müqayisədə 2 mln. 853,6 min manat və ya 16,06% artım deməkdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə də dəri və dəridən məmulatlar, ayaqqabı istehsalı isə 4 mln. 335,2 min manat və ya 26,6% artıb.

DİGƏR XƏBƏRLƏR

Top